Madridin “Real” klubunun rəhbərliyi yaxın vaxtlarda baş məşqçi Xulen Lopeteqini istefaya göndərə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Daily Mail” nəşri yazıb.

Bildirilir ki, Kral klubu rəhbərliyi komandanın Lopeteqinin başçılığı altında qazandığı nəticələrdən narazıdır. Əgər nəticələr yaxşılaşmasa, məşqçi istefaya göndəriləcək.

“Real” iştirak etdiyi bütün turnirlərdəki son üç matçda nə qələbə qazanıb, nə də qol vurub. Klub İspaniya çempionatında “Sevilya”ya (0:3), Çempionlar Liqasında isə Rusiya MOİK-inə (0:1) məğlub olub. Komanda eyni zamanda Primeroda”Atletiko” ilə heç-heçə edib (0:0).

“Real” növbəti oyununu səfərdə “Alaves”ə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 6-da baş tutacaq.

52 yaşlı Lopeteqi “Real”a iyunun 15-də gəlib.