Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Almaniyada davam edən müəllim əksikliyi bu ölkənin Təhsil Nazirliyini hərəkətə gətirib. AzEuroNews.com xəbər verir ki, Almaniya Təhsil Nazirliyi ilə Boxum Universiteti bununla bağlı yeni bir layihənin icrasına başladıqlarını bəyan edib.  

Belə ki, bu proqramın sayəsində öz ölkəsində müəllimlik edən qaçqınlar Almaniyada müəllim kimi işləyə biləcəklər. 

Məlumatda vurğulanır ki, daha çox üstünlük Riyaziyyat, İngilis dili, Fransız dili, Bədən Tərbiyəsi, Fizika və Kimya müəllimlərinə veriləcək.

Şərtlər isə olduqca sadədir :

Öz ölkəsində müəllim kimi 2 il iş təcrübəsi,

B1 səviyyəsində Alman dili biliyi.

Bu şərtlərə cavab verənlər noyabrın 16-a kimi Boxum (Bochum) Universitetinə müraciət edə bilərlər.  

 

Ətraflı məlumat :  http//www.pse.rub.de/LKplus/index.php 

http//www.pse.rub.de/LKplus/img/flyer_lkplus.pdf