Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ► Almaniyada hazırda 55 344 nəfər 18 yaşına çatmayan şəxslər (bundan sonra uşaq) qaçqın kimi məskunlaşıb və onların inteqrasiya prosesi davam etməkdədir. Bu barədə   AzEuroNews.com-a Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzindən məlumat daxil olub. 

Məlumatda deyilir ki, Almaniya dövlət hər bir azyaşlı qaçqının bir günü üçün dövlət büdcəsindən 67 avrodan, 350 avroya kimi ayırır. Beləliklə, bir nəfər qaçqın uşağa Almaniyada çəkilən aylıq xərc 2077 avrodan, 10850 avroya kimi təşkil edir. Bundan başqa xərclər federal ərazilərdən, tibbi yardım və təhsillə bağlı dəyişə bilər.

“Leqat” dan bildirilib ki, 2017-ci ildə Almaniyada 9084 nəfər yetkinlik yaşına çatmayan əcnəbi sığınacaq üçün  müraciət edib. 2016-cı ildə isə onların sayı dörd dəfə çox, 36 min nəfər olub. Almaniya hazırda bu rəqəmin bir ildə 4 dəfədən çox azalmasının səbəblərini araşdırmaqda davam edir. Sığınacaq üçün müraciət edən yetkinlik yaşına çatmayan şəxslərin əksəriyyəti Əfqanıstan, Suriya, İraq və Eritreya vətəndaşı olduğunu qeyd edib : “Bizim məlumatımıza görə, son 5 ildə bu üsuldan istifadə etməklə, qaçqın statusus almaq üçün müraciət edən və özünü azərbaycanlı kimi təqdim edən uşaqların sayı 100 nəfərə yaxın olub”.

Qaçqın status almaq üçün müraciət edən uşaqların 24 mindən çoxunun müraciəti üzrə 2017-ci ildə qərar verilib. Hesabata görə, əfqanların 69.3% -i, suriyalıların 97.9% -i və iraqlıların 86% -nin qorunma haqqında vəsatəti təmin edilib və onlara Almaniyada müvəqqəti yaşamaq icazəsi verilib.

Hesabata görə, 2017-ci ildə bir nəfər də olsun valideyn himayəsində olmayan uşaq ölkədən deportasiya olunmayıb.