Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ► Almaniyanın Aaxen (Aachen) və Köln şəhərləri arasında Avropanın ən böyük kömür mədəninin yerləşdiyi Hambax (Hambach) meşəsindəki ağacların 90%-i qırılıb.

AzEuroNews.com xəbər verir ki, ötən gün meşənin qırılmasına etiraz edən on minlərlə insan Hambaxa gəlib. 

Müxtəlif şüarlar səsləndirən aksiya iştirakçıları meşənin geri qalan hissəsindəki ağacların qırılmaması üçüb etiraz aksiyalarını davam etdirəcəklərini vurğulayıblar. 

Bir neçə gün öncə Hambaxda aktivistlərlə polis arasında toqquşma olub. Aktivistlər meşənin qırılmasının qarşını almaq məqsədi ilə ağaclarda ev düzəldərək günlərlə orada gecələyiblər.

Ötən gün alman polisi aktivistlərin evlərini sökərək onları ərazidən çıxarmağa müvəffəq olub. 

Məlumat üçün bildirək ki, Hambax meşəsini Almaniyanın məşhur enerj şirkəti RWE alıb.