“Ölkə.Az” xəbər verir ki, bu barədə mətbuata vəkil Lesli Stovall məlumat verib. Lesli Ketrin Mayorqinin vəkilidir və Mayorqi Ronaldunun onu zorladığını iddia edir. Stovall bildirib ki, anoloji təcrübəyə malik bir qadın onunla əlaqə saxlayıb.

Vəkil qadının adını və insidentin nə zaman baş verdiyini deməyib. Sadəcə məlumdur ki, zərərçəkən də Mayorqa kimi amerikalıdır. Lesli əlavə edib ki, əldə etdiyi məlumatı Las-Veqas polisinə təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, Mayorqanın iddiasına əsasən, Ronaldu onu 2009-cu ildə Las-Veqasda zorlayıb. Futbolçu ittihamları rədd edir.