Dünya texnologiya nəhəngi Microsoft şirkəti son əməliyyat sistemi olan Windows 10 sisteminin texniki dəstəyini dayandırıb.

Modern.az “Haber Türk” agentliyinə istinadən xəbər verir ki, şirkətin Windows 10 əməliyyat sisteminə oktyabr ayı üçün çıxardığı yenilənmənin istifadəçilərin fayllarını silinməsi şirkəti bu addımı atmağa məcbur edib.

Şirkət bu səbəbdən yenilənməni rəsmi saytından yığışdararaq digər istifadəçilərə də yenilənmə etməməyi məsləhət görüb.

Bütün bunlara səbəb isə şirkətin oktyabrın 2-də çıxardığı yenilənmənin bir çox istifadəçinin məlumatlarının silinməsinə səbəb olmasıdır.

Beləliklə hadisə ilə əlaqədar araşdırma başladan şirkət, işin tam araşdırılıb səbəblərin ortaya çıxarılmasından sonra əməliyyat sisteminə texniki dəstəyi bərpa edəcəyini bildirib.