Foto © Michael Gaida/ pixabay.com
Foto © Michael Gaida/ pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com  ► Hollandiyada “Qaçqınlar göndərilməsin” tələbi ilə yürüş keçirilib.  AzEuroNews.com xəbər verir ki, yüzlərlə insanın qatıldığı yürüş aksiyası Hollandiyanın Utrext şəhərində baş tutub. 

Sığınacaq istəyi rədd edilən Əfqanıstan vətəndaşlarının deportasiya edilməsi ilə bağlı qərara etiraz edənlər şəhərdəki “Dom meydanı” na toplaşıblar.

Etiraz yürüşü sözügedən meydanda başlayaraq şəhər mərkəzində birib. Yürüş zamanı iştirakçılar “Əfqanları göndərməyin”, “Əfqanıstan Suriyadan sonra ikinci təhlükəli ölkədir”, “Qaçqınlara qapımız açıqdır” kimi şüarlar səsləndiriblər.

Yürüşün sonunda çıxış edənlər Avropa Birliyi ölkələrinin qaçqınlarla bağlı siyasəti sərt şəkildə tənqid ediblər.