“Marvel” kino dünyasında “Hulk” obrazını canlandıran Hollivud aktyoru Mark Ruffalo çəkiləcək “Qisasçılar -4” filminin rəsmi adını açıqladığına görə, heyətdən qovulub.

“Report” xəbər verir ki, hadisə Cimmi Fellonun şousu zamanı baş verib.

Sonradan Ruffalo öz “Twitter” hesabında verilişdən onun sözlərini “çıxarmaq” xahişi ilə aparıcıya müraciət edib.

“Cimmi Fellon, inanıram ki, sən mənim bugünkü təsadüfi açıqlamamı çıxaracaqsan. Bu qeyd üçün deyildi, dostum. Xahiş edirəm, məni “Marvel”lə yenidən problemə salma”, — deyə aktyor yazıb.

Lakin verilişdə həmin hissə çıxarılmayıb və Ruffalonun yalnız səsini “batırıblar”.

Sonradan filmin rejissorları “Twitter”də bunları yazıblar: “Mark, sən işdən çıxarıldın”.

Onların bunu zaraftca və ya həqiqətən yazdıqları hələ sonadək məlum deyil.