Fərhad Çağtürk / AzEuroNews.com ► Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 8-i Strasburqda öz işinə başlayıb.

AzEuroNews.com xəbər verir ki, sessiyanın ikinci günü oktyabrın 9-u assambleya “Səlahiyyət və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbulu prosesinin təkmilləşdirilməsi” başlıqlı qətnaməni müzakirəyə çıxarıb.

İclasın gedişi zamanı kulisdə maraqlı anlar yaşanıb. Belə ki, “Rossiya 1” telekanalının müxbiri AŞPA-nın Rusiyaya qarşı saksiyaları ləğv etməyə hazırlaşması mövzusunda reportaj hazırlayan zaman bir qrup ukraynalı ona öz etirazını bildirib. Onlar Ukraynanın dövlət himnini səsləndirərək müxbirin reportaj hazırlamasına mane olublar.