Fərhad Çağtürk / AzEuroNews.com  ► Avstriya hökumətinin aralarında “Bozqurd” işqarəsinin də olduğu bəzi simvolları qadağan etməyi planlaşdırır. AzEuroNews.com  istinadən xəbər verir ki, artıq Almaniyada da bu məsələ gündəmə gəlib. 

Kansler Angela Merkelin partiyası olan Xristian Demokrat Partiyasının üzvü, daxili siyasət mütəxəssisi Kristof de Vires ölkədə “bozqurd işarəsi olaraq bilinən barmaq işarələrinin göstərilməsinin” edilməsi tələbi ilə çıxış edib.

“Mən açıq şəkildə Türk milliyətçi və irqçi təşkilatının simvolu olan işarənin qadağan edilməsinin tərəfdarıyam. Faşizmin insanları xor görən və ya təhdid təsiri bağışlayan hər cür siması cəmiyyətimiz üçün təhlükəlidir” — deyə de Vires bildirib.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan, əslən Türkiyədən olan Almaniyanın Sol Partiyasından millət vəkili Sevim Dağdələn da bu təklifi dəstəkləyib: “Bozqurdların bu salamı Almaniyadakı konstitusion nizama qarşı olan bir təşkilatın işarəsidir və qadağan edilməlidir”.

Qeyd edək ki, Avstriyada 1 mart 2019-cu ildən etibarən bu işarələrdən istifadəni qadağan edən qanun qüvvəyə minəcək.

Məlumat üçün bildirək ki, ”Bozqurd” işarəti, salamlaşması (çeçelə barmaqlarının irəli uzatmalı və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzübəri gələn türk simvoludur. 1990-cı illərə qədər Türkiyədə bu işarət olmayıb. Xalq Cəbhəsi hakimiyyəti zamanında Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya gələn Alparslan Türkeş Azərbaycan bozqurdlarının onu bu işarətlə salamlayarkən maraqlanıb. İşarətin mənasını soruşanda onun “Bozqurd” simvolu olduğunu İsgəndər Həmidov izah edib. Türkeşə çox böyük təsir bağışlayıb və Türkiyəyə döndükdən sonra “Bozqurd” işarətinin yayılmasını tapşırıb.