ABŞ prezidenti Donald Tramp yaxınlaşmaqda olan “Maykl” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Ağ Evin məlumatında göstərilir ki, fövqəladə vəziyyət rejimi hakimiyyət orqanlarına ştatda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə imkan verir.

“Maykl” qasırğası artıq Kubaya çatıb və Florida istiqamətində hərəkət edir. Küləyin maksimal sürəti saatda 150 kilometrdir.

Mərkəzi Amerikada təbii hadisədən azı 13 nəfər ölüb.