oto ©  Aamir Mohd Khan / pixabay.com
oto ©  Aamir Mohd Khan / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Dünyadakı qaçqın statusuna sahib uşaqların sayı bilinib. AzEuroNews.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb. Məlumatda deyilir ki, müharibə və yoxsulluq səbəbindən öz vətənlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 17 milyon olaraq qeydə alınıb. 

BMT-nin məlumatında qeyd olunur ki, bu rəqəmin böyük bir hissəsini Suriya, İraq, Əfqanıstan, Somali, Sudan, Çad və Nigeriya kimi ölkələrdən gələnlər təşkil edir.

BMT bu rəqəmin hər il artmasından narahatlığını ifadə edib.