Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Almaniya son iki ildə qəbul edib yerləşdirdiyi qaçqınlara xərclədiyi pulun miqdarını açıqlayıb. AzEuroNews.com xəbər verir ki, Almaniya 2016-2019-cu illər üçün qaçqınlara 56 milyard avro vəsait xərcləməyi nəzərdə tutub. 

Almaniya bu vəsaitdən əlavə çıxa biləcək problemlər üçün 6.85 milyard avroluq ehtiyyat fond yaradıb. 

2016-2017-ci illərdə 886 370 nəfər sığınacaq üçün Almaniyaya müraciət edib. Onlara 27.9 milyard avro vəsait xərclənib. 

Bu vəsaitin 2.2 milyard avrosu qəbul və qeydiyyat işlərinə xərclənib. 4.4 milyard avro qaçqınların inteqrasiya kursuna, 5.4 milyard isə, “Hartz IV” deyilən işsizlik yardımı üçün ayrılıb. 15 milyard avro isə, könüllü öz ölkələrinə qayıtmaq istəyən qaçqınlara birdəfəlik yardım olaraq ödənilib.

2018-ci ildə Almaniya qaçqınlara 1.6 milyard ehtiyyat fondla birlikdə 15.5 milyard avro vəsait ayırıb.

Bu rəqəm 2019-cu il üçün 12.72 milyard avrodur. Onun təkcə 435 milyon avrosu bağça yaşında olan uşaqlara xərclənəcək.