ABŞ-ın nüfuzlu “Forbes” nəşri dünyanın ən yaxşı işə götürən şirkətlərinin siyahısını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, reytinq cədvəlində I yeri “Google” axtarış sisteminin sahibi olan “Alphabet Inc.” holdinqi tutub.

Növbəti yerlərdə “Microsoft”, “Apple”, “Walt Disney” və “Amazon” qərarlaşıb.