Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Yunanıstan Almaniyanı məhkəməyə verməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, səbəb İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası tərəfindən Yunanıstanda törədilən cinayətlərdir. 

Yunanıstanın iddiasına görə, faşistlərin işğalı zamanı 300 min insan qətlə yetirilib. 

Eyni zamanda Almaniya müharibə vaxtı Yunan Mərkəzi Bankının indiki dəyəri ilə təxminən 10 milyard avrosunu mənibsəyib və bu pul hələ də ödənməyib. 

Yunanıstanın Almaniyadan tələb etdiyi təzminat isə, 300 milyard avrodur. Ekspertlərə görə,  bu təzminat məsələsi Almaniya-Yunanıstan münasibətlərini korlana bilər. 

Almaniyadan İkinci Dünya Müharibəsinə görə, təzminat tələb edən ikinci bir ölkə isə, Polşadır. 

Bu ölkənin Almaniyadan təzminat olaraq tələb etdiyi məbləğ isə 740 milyard avrodur. 

Almaniya tələblərlə razılaşmır. Çünki Almaniya 1960-ci ildə digər Avropa dövlətləri ilə də imzaladığı müqaviləyə görə, təkcə Yunanıstana 115 milyon mark ödəyib.