ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.

“Report” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.

Qeyd edək ki, ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir.