Gömrük bəyannamələrinə əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 21 945 925 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 11 588,026 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan məhsulun həcmi ötən ilin müvafiq dövründən 43%, dəyəri isə təxminən 2 dəfə çox olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 81,18%-ni təşkil edib.