Həmçinin oxu: Şeyxin qudası: “Bu qüvvələr məni hökumətin gözündə quldur, bandit göstərmək istəyir” – Müsahibə
Həmçinin oxu: Şeyxin qudası: “Bu qüvvələr məni hökumətin gözündə quldur, bandit göstərmək istəyir” – Müsahibə

Emil Salamoğlu/AzEuroNews.com ►Sabiq deputat, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. Bu xəbəri musavat.com yayıb.

Hacı Qalib vətəndaş Seymur Quliyevin 2 və 3 mərtəbəli evlərini yerlə bir olunması, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir.

Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib.

Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.

Bu cinayət işi ilə bağlı Qalib Salahzadə ilə ətraflı söhbətləşmişik. Onun AzEuroNews.com-a sensasion açıqlamalarla dolu müsahibəsini təqdim edirik:

 

 – Hacı, siz saxta sənədlə vətəndaşa torpaq satmaq, vətəndaşın əmlakının qarət etməklə bağlı dindirilmisinizmi? 

–  Bəli, məni Daxili İşlər Nazirliyi çağırıb, izahat alınıb. Təbii ki, vətəndaşın bir şikayəti varsa, polis də çağırıb izahatını almalıdır. Ancaq Seymur Quliyev adında biri var, bu adamın işi-peşəsi şər-böhtan atmaqdır. Sizin zənginizdən bir saat qabaq polis həyətə gəlmişdi.

Polisə şikayət edib ki, guya onun bağından mis dəmirlər oğurlamışam. Vallah, ayıbdır. Mən yaşda adamın onun həyətindən oğurluq eləmək yox e, heç bu barədə danışmağı yaraşmaz.

Əvvəla, bu adam mənlə qohumdur. Amma işi-gücü onu-bunu şərləmək, pul almaq, qorxutmaq, məhkəməyə verməkdir. Bir müddət əvvəl də bələdiyyəni məhkəməyə vermişdi ki, bağını bələdiyyə söküb. Sonra Ali Məhkəmə iddiasını təmin etmədi, çünki bələdiyyə heç belə iş görməmişdi.

Seymur elə adamdır ki, misal üçün Əhmədlidə evi varsa, deyəcək Neftçilərdə evim var. Bunun Bilgəhdə başqa ərazidə köhnə, pis gündə bir bağı var, yapışıb məndən. İndi hansı zəmanədir ki, kiminsə torpağını zəbt edəsən, saxta iş görəsən? Əslində, bu adam tək deyil, onun arxasında duran qüvvələr var. Onların məqsədi də adımı hallandırmaq, gözdən salmaqdır.

Məni hökumətin gözündə quldur, bandit kimi təqdim etmək istəyirlər. Mən bilirəm ki, həmin müəyyən qüvvələr var, onlar məni nüfuzdan salmağa çalışırlar. Ancaq qoy eləsinlər, mənim də Allahım var.


“Oğlumu həbs elətdirdilər, bunlar hamısı təşkil olunub”


 

–  O qüvvələrin kimliyi sizə məlumdursa, bizə də açıqlaya bilərsinizmi? 

– O adamlar kimlərdirsə, Qurban bayramı günü də oğlumu təxribata çəkdilər, çilingəri dövlət məmuru kimi təqdim edib oğlumu həbs elətdirdilər. Bunlar hamısı təşkil olunub.

Seymur da onların adamıdır, gedib polisə şikayət edir, özünü orda-burda təqdim edir ki, arxamda dayanan var. Mənə qarşı düşmənçilik edən qüvvələrin bu alçaq, murdar hərəkətlərini bilirəm. Amma mənə yaraşmaz bu haqda çox danışmaq. Allah özü hər şeyi həll edəcək.


“Şeyxə oğluma görə ağız açan adam deyiləm”


 

–  Bu düşmənçiliyi deputatlıq yolunuzu bağlamaq üçün edirlər yoxsa Şeyxə təzyiq məqsədi ilə qohumsunuz deyə sizi hədəfə alıblar?

 İşin o tərəfi də var, yəni deputatlığıma görə nüfuzdan salmağa çalışdılar. Elə ki, deputat olmadım, hücuma keçdilər. Amma mən heç kəsə arxayın olmuram, heç kimə ağız açmamışam. Şeyxə oğluma görə kömək etməsi üçün ağız açan adam deyiləm. Şeyx əvvəlcə dostumdur, sonra qohumumdur. Ancaq ona bu iş üçün heç bir xahişim olmayıb.

Mən Cəmil Əlibəyovla da dostluq eləmişəm, Vəzirovdan sonra ikinci adam idi. Cəlal Əliyevlə dostluq etmişəm, Heydər Əliyevdən sonra ikinci adam idi.

Cəlal Əliyev heç kəsi qəbul edən kişi olmayıb, amma 18 yaşımdan onunla dostluq eləmişəm. Bu səviyyədə adamlarla dostluğum olub, Bilgəhdə, cəmiyyətdə hörmətim var, nüfuz sahibiyəm. İndi məni oğru, quldur çıxarmaq istəyirlər.

 


“Bu dəqiqə 4-5 yerdə məhkəməm gedir, elə bil yoldan keçənəm”


 

 –  Bəlkə sizə qarşı bu hücumlarla bağlı dövlət rəhbərliyinə müraciət edəsiniz?

– Allah adama nüfuz bəxş edir, ona neyləmək olar – ancaq gözdən salmaq. Görünür ki, hacı Qalibin nüfuzu kimlərisə narahat eləməkdədir, məndən əl çəkmirlər. Gah mətbuata şikayət edirlər, gah məhkəməyə verirlər, gah polisə şikayət yazırlar.

O ki qaldı prezidentə müraciət etməyə, o adamlar dövlət rəhbərliyinə də arayış verəcəklər ki, məsələ belə olmayıb. Mən elə prezidentə arxayın olmuşam, sakit oturmuşam, kim nə istəyir danışsın.

Bu dəqiqə 4-5 yerdə məhkəmə işim gedir. Elə bil ki, yoldan keçənəm, kimin iddia ərizəsi varsa, məhkəmələr tez qəbul edirlər. Kim bir ərizə verir, sevinə-sevinə məhkəmə alır ki, işə baxsın. Deməli, kimlərsə bu işləri təşkil edirlər.

Oğlumu bayram günü evdən çıxardılar, apardılar. Neyləmişdi ki o? Anasını təhqir edənə bir şillə vurmuşdu, üç il həbs veriblər. Bu günə kimi də heç kəsə bir söz deməmişəm.

Mən sovet vaxtı Bilgəhdə nə qədər adama torpaqlar paylamışam, kənddə çox adama pkməklik göstərmişəm. Kim məndən narazılıq eləyib? Əgər bir narazılıq varsa, gəlib desinlər.

Hamıya köməyim dəyib. Amma indi Seymur məni polisə şikayət edir. Kimin torpağını almaq olar indiki zamanda? Prezident özü tapşırır ki, bu cür qanunsuz hallar olmasın.