Artıq isti havaların bitdiyi soyuq havaların başladığı günlərdəyik. Payızın özünü göstərdiyi bir vaxtda dünyanın ən soyuq yerlərini öyrənmək yəqin ki, hər kəs üçün maraqlı olar.

AzEuroNews.com dünyanın ən soyuq 10 yerini sizlərə təqdim edir:

10-cu yerdə Kanadanın Snag Yukon bölgəsidir. Burada tempratur -62.7 dərəcə təşkil edir.

9-cu sırada Qrelandiyadakı Şimal Buzlarında soyuqluq -66.1 dərəcədir.

Rusiyanın Oymyakon kəndi soyuqluq dərəcəsinə görə 8-ci yerdədir. Burada tempratur -67.8 dərəcədir.

7-ci yerdə Qrelandiyadakı -69.1 dərəcə ilə Klink Araşdırma Stansiyası dayanır.

Yenə də Rusiyanın Verxoyansk silsiləsi -69.8 dərəcə ilə dünyanın ən soyuq yerləri sırasında 6-cı yeri tutub.

5-ci yerdə isə -73.8 dərəcə soyuqluq ilə Alyaskada yerləşən Mak-Kinli dağı dayanır.

4-cü sırada Antarktikada olan Dome Arqus dayanır. Burada tempratur -82.5 dərəcə təşkil edir.

İlk üçlükdə isə yenə də -82.8 dərəcə ilə Antarktikada olan Amundsen Cənub Qütbü Stansiyası, -89.2 tempraturla Antarktika Vostok Araşdırma Stansiyası dayanır.

Dünyanın ən soyuq yeri isə Antarktikada yerləşən Yaponiyaya məxsus Dome Fuci qütb stansiyasıdır. Burada dünyanın ən soyuq hava şəraiti hökm sürür. Soyuqluq dərəcəsi isə -93.2 dərəcədir.