Mütəxəssislər payız fəslində xəstəliklərdən qorunmaq üçün armud yeməyi məsləhət görür. AzEuroNews.com bildirilir ki, bu meyvə immunitet sistemini gücləndirməklə yanaşı ürək sağlamlığı üçün də olduqca faydalıdır.

Leykositləri gücləndirən elementlərlə zəngin olan armud eyni zamanda qanda yaranan endogen və ekzogen maddəllərinin təsirindən qoruyur.

Mis və pektin maddələrini özündə birləşdirən armud qaraciyər və böyrəyin işləməsinə müsbət təsir göstərir.

Faydaları saydıqca tükənməyən armud mürəbbəsi böyrək və sistit xəstəlikləri üçün də olduqca faydalıdır.

Payızda-xəstəliklərin ən çox artığı bir vaxtda mütəxəssislər qırmızı soğan, kələm, brokoli, qırmızı alma, qaragilə kimi faydalı meyvə və tərəvəzlərə üstünlük verməyi məsləhət görür.