Fərhad Çağtürk / AzEuroNews.com / Berlin ► Almaniyada irqçilik əleyhinə ən böyük etiraz aksiyası paytaxt Berlində keçirilib. AzEuroNews.com xəbər verir ki, Brandenburq qapısı önündə keçirilən aksiyaya 150 mindən çox insan qatılıb. 

Saat 13.00-da Aleksandrplatz deyilən yerə toplaşanlar daha sohra Brandenburq qapısına tərəf yürüş ediblər. 

Almaniyanın xarici işlər naziri Heiko Maasın da iştirak etdiyi aksiyaya Xristian Demokratlar Partiyası (CDU) və Almaniya üçün Alternativ Partiyası (AfD)  istisna olmaqla digər partiyalar dəstək veriblər. 

Xatırladaq ki, Almaniyanın Xemnits şəhərində 35 yaşlı alman vətəndaşı Danielin bir iraqlı və suriyalı tərəfindən qətlə yetirilməsindən sonra kütləvi aksiyalar keçirilib. “Neo-nazist” qüvvələrin iştirakı bu dinc aksiyaları iğtişaşlara çevrilsə də, polis gücünə yatırılıb. Daha sonra şəhərdə irqçilik əleyhinə 65 min nəfərin iştirakı ilə konsert keçirilib.