Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Almaniyada kirayə götürdüyü avtomobilin sənədlərini saxtalaşdıraraq Bakıya gətirən azərbaycanlı saxlanılıb. AzEuroNews.com xəbər verir ki, Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.

Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus “Mercedes-Benz E 220” markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, “Mercedes-Benz E 220” markalı avtomobil Almaniya Federativ Respublikasının Münxen şəhərində fəaliyyət göstərən “Sixt Gmbh & Co” kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

AzEuroNews.com – un əldə etdiyi məlumata görə, Babək Nəzərov Qaradağ polisi tərəfindən saxlanılıb.