Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com ► Almaniyada keçən ay sığınacaq axtaranların statistikası məlum olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) sentyabr ayı ilə bağlı statistikanı təqdim edib.

Həmin statistikada qeyd olunur ki,  sentyabr ayında 12976 nəfər Almaniyadan sığınacaq istəyib. 

Belə ki, ötən ay 2844 Suriya vətəndaşı sığınacaqla bağlı müraciət edib. Onları ikinci sırada 1219 nəfərlə İran vətəndaşları izləyib. Üçüncü yerdə 1180 nəfərlə İraq, dördüncü yerdə isə 1093 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, avqust ayı ilə müqayisədə Almaniyada sığınacaq axtaranların sayında kəskin azalma qeydə alınıb. Belə ki, avqust ayında 15122 nəfər sığınacaq istəmişdi. 

İyul 2018 Avqust 2018 Sentyabr 2018
Ümumi 15.199 15.122 12.976
1. Suriya 3.786 3.403 2.844
2. İran 862 1.208 1.219
3. İraq 1.415 1.464 1.180
4. Türkiyə 1.172 1.243 1.093
5. Əfqanıstan 1.033 941 838
6. Nigeriya 944 829 670
7. Rusiya 437 552 477
8. Müəyyən edilməyən 449 487 380
9. Somali 463 456 342
10. Eriteriya 325 328 289