Səhər yeməyinin nə dərəcədə önəmli olduğu çoxlarına məlumdur. Bir çoxları səhərlər sağlıqlı qidalanmaq əvəzinə şirniyyat və yağlı qidalarla günə başlayır. Araşdırmalar isə sübut edir ki, kroasan, pankek, peçenya və digər yağlı, şəkərli qidalar beyinin fəaliyyətinə mənfi təsir göstərir.

AzEuroNews.com bildirir ki, bu cür qidalara üstünlük vermək yaddaş və öyrənmə qabiliyyətini itirməklə nəticələnə bilər.

Beyində olan dəyişiklərin dəqiq səbəbi bilinməsə də, alimlər bunu qanda şəkərin səviyyəsinin yüksəlməsi ilə əlaqəndirirlər.