Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Emil Salamoğlu/AzEuroNews.com “Səudiyyə Ərəbistanı çətin duruma düşüb. Dünyanın gözü qarşısında krala müxalif olan səudiyyəli jurnalist İstanbulda ölkəsinin konsulluq binasına daxil olub, ancaq oradan çıxmayıb”. Bu fikirləri AzEuroNews.com-a “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu “Vaşinqton post”un ərəb yazarı, mişarla doğrandığı ehtimal edilən Camal Qaşıqçı ilə bağlı bildirib.

Analitikin sözlərinə görə, jurnalistin öldürüldüyü versiyası yüksəkdir: “Aydındır ki, bu hadisəyə Vaşinqton seyrçi qala bilməz. Çünki həmin jurnalist ölkəsini tərk etdikdən sonra bir müddət ABŞ-da yaşayıb və “Vaşinqton post” kimi mötəbər qəzetdə köşə yazarı olub. Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə münasibətləri tam korlamaq da istəmir. Çünki iki ölkə arasında dəyəri yüzmilyardlarla ölçülən böyük sazişlər var”.

Camal Qaşıqçı
Camal Qaşıqçı

Politoloqun fikrincə, Tramp Səudiyyəyə qarşı hansısa addımlar da atmağa məcburdur, çünki bunu ondan Amerika ictimaiyyəti tələb edir: “Belə olan halda Səudiyyə Ərəbistanı Vaşinqtonu Rusiya ilə şantaj edə bilər. Yəni tutaq ki, ABŞ Səudiyyə ilə münasibətləri məhdudlaşdırsa və ya bu ölkəyə silah satmağa Ər-Riyad diqqətini Rusiya ilə əməkdaşlığa yönəldə bilər. Moskvaya da elə bu lazımdır. Kreml Vaşinqton-Ər-Riyad gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışacaq”.

Qeyd edək ki, “əl Ərəbiyyə”nin baş meneceri Turki əl-Dəxil ər-Riyadın üstüörtülü mesajını çatdırıb: “ABŞ sanksiyalar başlayarsa, Səudiyyə İranla barışa, Rusiyaya hərbi baza yaratmağa imkan verə bilər“.