Azərbaycan əsilli biznesmen Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov 10 milyon rubl girov müqabilində həbsdən azad olunacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksey Smirnov deyib.

Zaur Mərdanov 2004-cü ildə müğənni Avraam Russoya qarşı sui-qəsd və onun oğurlanmasını təşkil etməkdə ittiham olunur.

 

Müğənni 2018-ci ilin sentyabrında şikayət ərizəsi ilə polisə müraciət etmişdi.