“Toyota” şirkəti Yaponiyada və ABŞ-da 2 milyondan çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma avtomobillərdə hibrid rejiminə keçid zamanı təhlükəsiz idarəetmə sisteminin işə düşməməsi ilə əlaqədardır.

Bu problemlə əlaqədar avtomobillər qəfil dayana bilər.

Geri çağırılma 2009-cu ildən 2014-cü ilədək satılmış “Prius” və “Prius Alfa” avtomobillərinə şamil edilib.

Qeyd olunur ki, 1,25 milyon avtomobil Yaponiyada, daha 807 min avtomobil ABŞ-da geri çağırılıb.