Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə Kanna gedir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 15-18 oktyabr tarixində MİPCOM sərgisində iştirak edəcək.

“Bizim hikaye” serialının prodüseri Fatih Aksoyla birlikdə yola düşən N.Cavadzadə orada məşhur prodüser və rejissorlarla görüşəcək.