Səudiyyə Ərəbistanı kralı Salman İngiltərənin “Mançester Yunayted” futbol klubunu 4 milyard funt sterlinqə almaq niyyətindədir.

“Ölkə.Az” xəbər verir ki, 850 milyard funt sterlinqlik sərvəti olan kralın bu qərarı ingilis azarkeşləri həyəcanlandırıb.

Səudiyyə Ərəbistanı 2030-cu ilə dair hədəflərində sadəcə neft sektoru deyil, fərqli sektrolarda fəaliyyət göstərməkdir. Səudiyyə ilə uzun müddətdir münasibətləri olan və bölgədə 5 milyon azarkeşi olduğu söylənilən “Mançester Yunayted” klubunun rəhbərlərindən sayılan Riçard Arnold bildirib ki, Səudiyyədə futbol sektorunun yenidən qurulmasında rol almaq onlar üçün böyük bir şərəfdir: “Bu həmlə böyük fərqə səbəb olacaq”.