Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək Avroviziya-2019 mahnı müsabiqəsində iştirak etməyəcək. AzEuroNews.com Kult.az-a istinadən xəbər verir ki, əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir.

Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.

 

Qeyd edək ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb.