Floyd Meyvezer Həbib Nurməhəmmədovun çağırışını qəbul edib. Modern.az xəbər verir ki, döyüşçülərin 2019-cu ilin ilk aylarında qarşılaşması gözlənilir.

Qeyd edək ki, Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb: “İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də buna asanlıqla nail oldum”.