Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniya sığınacaq statusu verdiyi 800 min nəfərin işinə yenidən baxacaq. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Daxili işlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, təkcə bu il status alan 100 min qaçqının işinə yenidən baxılır. Artıq nəzərdə tutulan işlərin bir qismi yekunlaşdırılıb. 

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki,  2017-ci ildə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib. 

Bu il isə sentyabr ayına kimi 55612 işə yenidən baxılıb.

İlin sonuna kimi 100 min işə yenidən baxılması nəzərdə tutulub. 

Almaniya Daxili İşlər Nazirliyindən bildirilib ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-ın yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb.