Fərhad Çağtürk / AzEuroNews.com  ► Almaniyada Uşaqlar və Gənclərlə iş üzrə İdarə (Jugendamt) qatarda yatıb qalan ananın uşaqlarını əlindən alıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Visbaden şəhərində qeydə alınıb. Belə ki, Dilek İz adlı Türkiyə vətəndaşı olan qadın təyyarə ilə Kölnə uçub. Təyyarədə özünü pis hiss edən qadın Köln hava limanından birbaşa xəstəxanaya aparılıb. Uşaqların xəstəxanada qalmasına icazə verilmədiyindən qadın xəstəxanadan çıxmaq məcburiyyətində qalıb.  

Kölndən qatarla Visbaden şəhərinə gedən qadın xəstəxanada verilən dərmanların təsiri ilə yuxulayıb. Bunu fürsət bilən azyaşlı uşaqlardan biri qatarda qaçmağa başlayıb. Sərnişinlər vəziyyətdən narahat olduqlarından polisə məlumat veriblər. 

Növbəti stansiyada qatara minən polis D.İzin çantasına baxış keçirib. Polislər oradan ağrıkəsici dərmanlar tapıblar.

Polis bir yaşlı Eymen və 7 yaşlı Mustafanı anasının əlindən alaraq Almaniya Uşaqlar və Gənclərlə iş üzrə İdarəyə (Jugendamt) təhvil veriblər. 

Həmçinin oxu : “Jugendamt” nədir və hansı hallarda uşaqları ailədən ala bilər?
Həmçinin oxu : “Jugendamt” nədir və hansı hallarda uşaqları ailədən ala bilər?

Üç aydır uşaqlarını ona göstərmədiklərini deyən D.İzin sözlərinə görə, uşaqları balaca olduğundan onsuz qala bilmirlər : “Ağrılarım şiddətli olduğu üçün Kölndə xəstəxanaya apardılar. Orada mənə ağrıkəsicilər verdilər. Uşaqların yanımda qalmasına icazə vermədikləri üçün sənədlərə imza atıb xəstəxanadan çıxmaq məcburiyyətində qaldım. Qəbul etdiyim dərmanların təsiri ilə qatrada yatıb qalmışam. Bunu fürsət bilib uşaqlarımı əlimdən alıblar. Bu vicdansızlıqdır”.