“Microsoft” korporasiyasının təsisçilərindən biri Pol Allen 66 yaşında vəfat edib.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Allenin ölümünə səbəb xərçəng xəstəliyi olub.

Allen ABŞ-ın ən varlı insanları sırasında idi. Onun kapitalı təxminən 17,5 milyard dollar həcminə qiymətləndirilirdi.