Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 522,2 mln. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,57%-i və yaxud 38 987,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,43%-i və yaxud 5 534,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 973,4 mln. dollar və yaxud 2,24% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 951,6 mln. dollar və yaxud 2,5%, AMB-nin valyuta ehtiyatlarında isə 21,8 mln. dollar və yaxud 0,4% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 334,7 mln. dollar və yaxud 8,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 2 967,7 mln. dollar və yaxud 8,24%, AMB-nin valyuta ehtiyatlarında isə 367 mln. dollar və yaxud 7,1% artım olub.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.10.201838 987,75 534,544 522,2
01.07.201838 036,15 512,743 548,8
01.04.201837 631,75 508,043 139,7
01.01.201835 806,55 334,641 141,1
01.10.201736 020,05 167,541 187,5