Natiq Miri

Emil Salamoğlu/AzEuroNews.com ► Dünya və Azərbaycan mediasının qaynar gündəmi İstanbulda Səudiyyə Ərəbistanı konsulluğundan yoxa çıxan “Vaşinqton Post”un jurnalisti Camal Qaşıqçıdır.

Bu mövzuda Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri AzEuroNews.com-un suallarını cavablandırıb. N.Miri ilə müsahibəni təqdim edirik:

  – Natiq bəy, “CNN” xəbər yayıb ki, Səudiyyə rejimi Qaşıqçının konsulluqda sorğu-sual zamanı təsadüfən öldürüldüyü hesabatını yaymağa hazırlaşır. Bu nə dərəcədə inandırıcıdır və ABŞ xüsusi xidmət orqanlarının hadisədə izi görünürmü?

– Bu hadisənin kökünə diqqət yetirmək vacibdir. İlk növbədə yada salmaq lazımdır ki, “Vaşinqton Post” qəzetində konkret informasiyalar getmişdi. Həmin məlumatlarda Səudiyyə rəsmiləri arasında danışıqlar olduğu qeyd edilmişdi.

Qəzet yazırdı ki, telefon danışıqlarında Qaçıqçının qaçırılması və Səudiyyə paytaxtına aparılması müzakirə olunub, amma qətl nəzərdə tutulmayıb. Amma bu xəbərlər ABŞ xüsusi xidmət orqanlarının “tükünü tərpətmədi” və heç bir qabaqlayıcı addımlar atılmadı.

Əslində işin görünən tərəfi ondan ibarətdir ki, Tramp administrasiyası ilə ABŞ-ın digər strukturları arasında qarşıdurma var və bu hadisənin ola biləcəyinə əvvəlcədən reaksiya verilməməsi onun göstəricidir.

Bu plan Federal Təhlükəsizlik Bürosu tərəfindən ola bilər. Çünki bu məsələdə Tramp özü pis vəziyyətdədir. Ona görə də baş verən proseslərdə ABŞ-ın iştirakı şübhə doğurmur. Ancaq inanmıram ki, Qaşıqçının öldürülməsinə razılıq verib.

Bilirsiniz ki, noyabrda konqresə ara seçkilər keçiriləcək. Belə halda Qaşıqçı qalmaqalı Trampın növbəti seçkilərdə iflasa apar bilərdi. İstisna deyil ki, anti-Tramp qüvvələr tərəfindən bu hadisələr tətiklənir.

Camal Qaşıqçı
Camal Qaşıqçı

“Hər şey ayfonda qeyd olunub, Türkiyə xüsusi xidmət orqanlarındadır”


 

– Yəni, Səudiyyə rəsmilərinin telefon danışıqları olubsa, bu, konkret olaraq əl-Riyadın planıdır?

– Qaşıqçı məsələsi vəliəhd ibn Salmanın göstərişi ilə olan hadisədir. İndi “CNN” xəbər yazır ki, hesabata hazırlaşırlar. Amma hesabat verməkdən başqa çıxış yolu görünmür. Çünki jurnalistin konsulluğa girişi kameralarda qeydə alınıb, çıxışı yoxdur.

Həmin kameraların quraşdırılması etibarlı şirkətlər tərəfindən həyata keçirilir və həmin gün çıxışda kameralar işlək olmayıb.

Üstəlik, konsulluqda olan türk işçilər Qaşıqçı yoxa çıxan günü evə tez buraxılıblar. Bu da müəmmalıdır. Odur ki, Səudiyyənin Qaşıqçı sorğulanan zaman öldüyü barədə hesabat verəcəksə, bu çox absurd səslənəcək.

Əgər normal sorğu-sual varsa niyə öldürülür? İkincisi, ərəb dilində hər şey ayfonda qeyd olunub və onun səsi, bütün söhbətlər Türkiyə xüsusi xidmət orqanlarının əlindədir.

Böyük ehtimal var ki, bu informasiyalar Ankara tərəfindən Vaşinqtona təqdim olunub. Bütün bu məsələlər ortaya çıxarılıb ki, Səudiyyənin geri çəkilməyə imkanı olmasın.

Ona görə də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi səviyyəsində Türkiyə XİN-dən istintaq aparmaq üçün birgə İşçi Qrupu yaradılması xahiş olundu. Ankara da təklifi qəbul etdi, kral Salman Ərdoğana zəng edərək təşəkkürünü bildirdi. Səudiyyəyə bu vəziyyətdə çıxış üçün mühit yaradıldı.


“Göstərişin arxasında vəliəhd şahzadənin özü dayanır”


 

 

 – Bundan sonra Səudiyyə şahzadəsi Məhəmmədin vəliəhdlik məsələsində nə gözlənilir? 

–  Dünənə qədər Qərb mediası onu şişirdirdi, vəliəhd kimi yeganə namizəd təqdim edirdi. Amma bu hadisələrdən görünür ki, kral Salman yeni vəliəhd tapmalıdır. Gündəlikdə duran məsələ indi yeni vəliəhdir. Vəliəhdin aqibəti Türkiyədən asılı olacaq.

Çünki bütün məlumatlar Türkiyə xüsusi xidmət orqanlarındadır. Səudiyyə rəhbərliyi Türkiyə siyasi bazarlıq edərək hadisənin üstündən keçmək istəyir. Düşünmürəm ki, Ankara bu bazarlığa gedəcək.

Əslində məlumat olub ki, Qaşıqçı konsulluğa gələcək. Onun əvvəldən boşanma sənədi üçün müraciət olub. Bir müddət sonra Səudiyyə konsulluğundan Qaşıqçıya zəng gəlir ki, nə vaxt gəlib sənədi gəlib götürəcəksiniz? Maraqlıdır, konsulluğun vətəndaşın sənədini nə zaman gəlib götürəcəyinə nə marağı var?

Hadisə günü də Səudiyyədən 2 təyyarə İstanbula enib, hər birində 15 nəfərlik heyət olub. Həmin heyət vəliəhdin qoruyucularıdır. Hiss olunur ki, göstərişin arxasında vəliəhd şahzadənin özü dayanır.

Onun gələcək taleyi, hakimiyyəti ABŞ və Səudiyyə arasında razılaşdıla bilər. “CNN”in yaydığı xəbər də burdan irəli gələ bilər ki, hesabat iki ölkə arasında razılaşdırılıb. Amma yenə deyirəm ki, Türkiyənin sənədlərindən çox şey asılıdır.

Amma unutmayaq ki, Qaşıqçının ailəsi beynəlxalq istintaq yaradılmasını tələb edib. Ona görə Səudiyyənin hesabatı ilə iş bitməyəcək. Bütün qeydlər Türkiyədədir. Ötən gün konsulluqda istintaq zamanı “mavi işıq”dan istifadə olunub.

Bu elə bil cihazdır ki, qan ləkəsi divara sıçrayıbsa, hətta həmin qan kimyəvi maddə ilə silinməyə cəhd olunubsa da, “mavi işıq” dərhal qanla reaksiyaya girir, yaşıl rəngə çevrilir. Eyni zamanda konsulluğun həyətində, baş konsulun iqamətgahında araşdırma aparılıb, torpaqdan laboratoriyada analiz üçün münunələr götürülüb.

 –  Natiq bəy, “əl Ərəbiyyə” yaymışdı ki, ABŞ Səudiyyəyə sanskiyalar tətbiq edərsə, İrtanla barışa bilərik, Rusiyaya hərbi yaza yaratmağa imkan yaradarıq…

–  Bu məsələdə Amerikada ikili baxış var: Tramp açıqladı ki, bir jurnalistinm qətlinə görə Səudiyyənin milyardlarından imtina edə bilmərik. Bu açıqlama konqress üzvləri, nüfuzlu senatorlar, demokratlar tərəfindən şiddətlə qarşılandı.

Seçki ərəfəsində Trampın sanksiyalar hədəsi olacağı ona sərf etmir. Səudiyyə də mesaj çatdırır ki, bizim də adekvat cavabımız olacaq, neftin qiymətini dünya bazarında 400 dollara qalxa bilərik.