Müğənni Murad Dalkılıç və Hande Erçelin barışdığı haqda xəbərlər yayılıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ikili sosial media hesablarında yeni fotolarını paylaşıb. Şəkillər üçün eyni başlıqdan istifadə edən cütlüyün barışması haqda iddialar da elə bundan sonra yayılıb.

Qeyd edək ki, 10 ay sevgili olan Murad və Hande ayrılığa nəyin səbəb olduğu haqda açıqlama verməmişdi.