Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Emil Salamoğlu/AzEuroNews.com  “Əslində, bu hadisələrin belə qurtarmasında müxalifətin heç bir səhvi olmadı, yanlışlıq xalqda idi. Seçkidə müxalifətə səs verənlərin yarısı ayağa qalxsaydı, nəticə də belə olmazdı. O gün meydana az adam çıxdı, sayca azlıqda olmağımız görə məğlubiyyətə uğradıq”.

Bu sözləri AzEuroNews.com-a Azərbaycan Demokrat Partiyasının sədri, 2003-cü ilin 16 oktyabr hadisələrində həbs olunmuş Sərdar Cəlaloğlu 15 il əvvəlki bu günü xatırlayarkən bildirib.

ADP sədrinin sözlərinə görə, silahlı mübarizədən fərqli olaraq, dinc və demokratik mübarizədə iştirakçının sayı çox olmalıdır: “Amma haqlı olduğumuz halda uduzduq. O dövdə şayiələr yayırdılar ki, guya müxalifət təxribatlar, iğtişaşlar törədir, məlum oldu ki, hamısı uydurmadır. Məhkəmədə hər şeyi sübut etdik, heç bir iğtişaşa çağırış olmadığını isbatladıq.

Həmi gün bir nəfərin ölümü də müəmmalı idi, kimin təşkil etdiyi, kimin elədiyi bilinmədi. İndi deyirlər ki, müxalifət satılıb, müxalifət aldatdı, nə bilim nə…

Müxalifət satılmayıb, sadəcə o dövrdə xalq çıxmadı, günah xalqdadır. Bizdə sovetdən qalan fikir var ki, başqaları əziyyət çəksin, qurban olsun, mən azad olum.

Xalqda belə psixoogiya formalaşıb ki, tabe olmaq yaxşıdır, nəinki müqavimət göstərmək, həbs edilmək. Elmi sübutlarda da qeyd olunur ki, insanlar sosial-iqtisadi hüquqlarını müdafiə edərkən siyasi azadlıqlarından imtina edirlər.

Qandi deyirdi ki, türməni kurort kimi görməyən, cəhənnəm kimi görən xalq azad ola bilməz. Bizdə insanlar könüllü olaraq hakimiyyətə tabedirlər. Hökumətin xalqı bu qədər tabe etdirmək potensialı yoxdur”.