Azərbaycanın Almaniyadakı Səfirliyi
Azərbaycanın Almaniyadakı Səfirliyi

Əlövsət Əliyev : “Ailə yeni doğulan uşağı üçün vətəndaşlığı olmayan şəxsin səyahət və şəxsiyyət vəsiqəsini alırsa, artıq həmin ailənin əvvəl vətəndaşı olduğu ölkəyə qayıtma ehtimalı sıfıra enir” 


 

Fərahim İlqaroğlu / AzEuroNews.com /Essen   “Qaçqın öz dövlətinin himayəsindən istifadə edə bilməz. Səfirlikdən istifadə ölənin himayəsindən istifadə etmək deməkdir”. 

 Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin başqanı, hüquqşünas Əlövsət Əliyev qaçqınların öz ölkələrinin səfirliyinə gedə bilməsi ilə bağlı mözunu şərh edərkən söyləyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, bu beynəlxalq sənəd və qanunlarla tənzimlənir : “51-ci il konvensiyasında və ona aydınlıq gətirən sonrakı protokollarda da qeyd olunur ki, qaçqın öz dövlətinin himayəsindən istifadə edə bilməz. Amma istisna hallar da var. Məsələn, şəxs ərazisində olduğu ölkənin dövlət orqanlarının təkidi, tövsiyyəsi və məktubu ilə öz ölkəsinin səfirliyinə, konsulluğuna müraciət edirsə, bu ölkənin himayəsindən istifadə adlandırılmır”.

Ə. Əliyev bildirib ki, Azərbaycan Respublikası vətəndaşının Almaniyada doğulmuş uşağına Almaniya hökuməti sənəd vermirsə və dövlət orqanları rəsmi şəkildə deyirsə gedin, Azərbaycan səfirliyindən doğum haqqında şəhadətnamə alın, onlar böyük məmnuniyyətlə səfirliyə və ya konsulluğa gedib uşağına sənəd ala bilərlər : “Vətəndaşa səfirlikdə doğum haqqında şəhadətnamə verilməsə bu halda imtina məktubu alınmalıdır. Həmin məktub Almaniyanın müvafiq dövlət orqanına verilməlidir. Almaniya da həmin şəxsə Almaniyanın vətəndaşı olmadığı üçün doğum haqqında şəhadətnamə və xaricə səfər etmək üçün vətəndaşlığı olmayan şəxsin vəsiqəsini verməlidir.  Yaxud valideynlərin statusuna uyğun olaraq qaçqın statusunu təsdiq edən sənəd verməlidir”.

 “Leqat”  başqanı valideynlərin uşaqları üçün vətəndaşlığı olmayan şəxsin səyahət sənədi və şəxsiyyət vəsiqəsinin alınmasının daha məqsədə uyğun olduğunu qeyd edib : “Bu çox önəmlidir. Çünki qaçqın statusu üçün müraciət etmiş şəxs həmin ölkədə yeni doğulan uşağı üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət və səyahət vəsiqəsini alırsa artıq həmin ailənin əvvəl vətəndaşı olduğu ölkəyə qayıtma ehtimalı sıfıra enir. Yəni, uşağa görə ailə həmin ölkədə yaşamaq hüququ əldə etmiş hesab edilir”.