Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ► Bu il Almaniyada sığınacaq alan azərbaycanlıların sayı məlum olub. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 2018-ci ilin 9 ayı ərzində (01.01.2018- 30.09.2018) Almaniyada qaçqın statusu üçün müraciət etmiş azərbaycanlılar haqqında məlumat əldə edilib. Məlumatda deyilir ki, 2018-ci ilin ilk 9 ayında 1747 Azərbaycan vətəndaşı Almaniyadan qaçqın statusu almaq üçün müraciət edib. 2016-cı illə müqaisədə bu rəqəm iki dəfədən də azdır. Onlardan 1352 nəfəri ilk dəfə, digərləri isə təkrar müraciət edənlərdir.

Qaçqın statusu üçün müraciət edənlərdən 173 nəfərinə müvəqqəti yaşamaq icazəsi verilib. 1294 nəfər haqqında “Dublin sazişi”nə görə başqa ölkəyə göndərilmə haqqında qərar çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.