ABŞ prezidenti Donald Tramp onunla yatdığını iddia edən porno ulduz Stormi Denielsi təhqir edib.

“Ölkə.Az” xəbər verir ki, Stormi Trampı məhkəməyə verib və proseslərdən birində məğlub olub. ABŞ lideri isə sosial şəbəkədə porno ulduza lağ edib.

Tvitterdə Stormiyə lağ edən Tramp yazıb: “At sifətlisən və üçüncü dərəcəli vəkilin arxası ilə getməlisən”.

Deniels prosesi uduzduğu üçün Trampın da vəkilinin xərclərini ödəməlidir. Amma xərclərin nə qədər olduğu bilinmir. Porno ulduzun vəkili Maykl Avenatti isə məhkəmənin qərarına etiraz edəcəklərini bildiriblər.

Stormi isə Trampın tvitinə cavab verib: “Xanımlar və cənablar, sizə prezidentinizi təqdim etməyə icazə verin”. O, Trampın tvitlərinin onun acizliyini, qadınlara qarşı nifrətini biruzə verdiyini qeyd edib. Vəkil Avenatti isə Trampı qadın düşməni və ABŞ üçün utanc mənbəyi adlandırıb.