Fərhad Çağtürk / AzEuroNews.com  Hollandiyada ermənilərin həbs etdirmək istədiyi İlhan Aşkının bu gün növbəti məhkəmə prosesi keçiriləcək. AzEuroNews.com xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkının işi üzrə məhkəmə prosesi bu gün yerli saatla 14:00-da Hollandiyanın Zvollo şəhərdə baş tutacaq.  

Qeyd edək ki, Hollandiyanın Almelo şəhər məhkəməsi 2 erməninin şikayəti üzrə İlhan Aşkın haqqında “əgər ermənilər işğal etdikləri torpaqları könüllü azad etməsə, Qarabağ erməniyə məzar olacaq” ifadəsini işlətdiyinə görə 120 saatlıq ictimai işlərə cəlb etmə və 1 ay həbs cəzasına məhkum etmişdi. Qərarla razılaşmayan Aşkın qərardan yuxarı məhkəmə instansiyasına şikayət verib.