“Facebook” yaradıcısı Mark Sukerberq investorların təşəbbüsü ilə şirkətin direktorlar şurasının sədri postunu tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, sosial şəbəkənin investisiya fondları Sukerberqə nöqsanları və qalmaqallar üzündən getməsinin vacibliyi barədə əvvəllər də bildiriblər.

İnvestorların təklifi Rod-Aylend, İllinoys, Pensilvaniyadakı xəzinəyə, həmçinin fondun Nyu-York Skott Strinqdəki müfəttişinə, eləcə də bütün instansiyalara edilib və bəyənilib.

Qeyd olunur ki, 2019-ci ilin mayında ümumi səsvermə keçiriləcək. Orada Sukerberq öz səlahiyyətlərinə son qoyacaq.