“UFC Fight Night” turniri çərçivəsində rusiyalı Artyom Lobovun rəqibi amerikalı Maykl Conson olacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə təşkilatın məlumatında deyilir.

Döyüş oktyabrın 27-də keçiriləcək.

“Makyl Conson Artyom Lobovla döyüşdə Zubayra Tuhuqovu Nevada ştatının Atletika Komissiyasının apardığı araşdırmaya görə əvəz edəcək”, – məlumatda deyilir.

Zubayra Tuhuqov dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun sekundantıdır. UFC prezidenti Deyna Uayt Həbibin Konor Makqreqor üzərindəki qələbəsindən sonra irlandiyalıya hücum edən idmançıların turnirdən kənarlaşdırılacağına söz verib. Tuhuqov Makqreqora hücum edənlərdən biri olub.

D.Uaytın bəyanatından sonra UFC və Nurməhəmmədov arasında qalmaqal yaranıb. Həbib UFC-nin Zubayra Tuhuqovdan imtina edəcəyi təqdirdə promouşenlə müqaviləyə xitam verəcəyi ilə hədələyib.