Stilistlər soyuq aylardada sağlam saçlara sahib olmağın sirrlərini açıqlayıblar.

AzEuroNews.com bildirir ki, artıq getdikcə tempratur aşağı düşür, gecələr uzanır və soyuq hava saçlara təsəvvür edə bilmədiyimiz qədər zərər vurmağa başlayır. Məhz buna görə də mütəxəssislər saçlarınızı qış aylarında daha az yumağı, fendən istifadə etməməyi və saç diblərinizi qidalandıran yağları məsləhət görür.

Həmçinin siz soyuq havalarda papaqdan istifadə etməklə saçlarınızın kifayyət qədər qayğısına qala bilərsiniz. Soyuğun təsiri ilə quruyan saçları qidalandırmaq üçün qidalandırıcı şampunlardan istifadə edin. Ən əsası orqanizmin su balansını qorumaq üçün çoxlu təmiz su içməyə çalışın.