Fərhad Çağtürk / AzEuroNews.com  ► Almaniyada yaşamaq icazəsi alan ali təhsilli həmvətənlərimizin qarşılaşdığı problemlərdən biri də universitet diplomlarının burada tanınmamasıdır. AzEuroNews.com xəbər verir ki, təhsil aldığı ixtisas üzrə Almaniyada işləmək istəyən həmvətənlərimizin əksəriyyəti bir çox əngəllə qarşılaşır.

Bunların başında universitetlərin diplomlarının Almaniyada tanınmaması və təhsil aldıqları ixtisasın Almaniyada qarşılığının ya olmaması ya da, həmin ixtisas üzrə diplom qiymətlərinin yetərli olmamasıdır. 

Birinci halı aradan qaldırmaq çətin olur. Çünki Azərbaycanda elə ali təhsil ocaqları var ki, onlar fəaliyyətlərini dayandırıblar. 

İkinci hal ilə bağlı isə, müəyyən tədbirlər görmək olur.

Məsələn, hazırda Almaniyada bir çox universitet əcnəbilər üçün ixtisas artırma  və yenidən universitet oxumaq üçün bir neçə proqram təklif edir. Bu proqramların müddəti altı ay ilə 2 il arasında dəyişir.

Keçək əsas məsələyə, deməli Almaniyada əcnəbilərin diplomlarının tanınması prosesini Xarici Təhsil Mərkəzi (Zentralstelle für ausländisches Bildungswesen (ZAB) ) ilə ölkənin Mədəniyyət Nazirliyinin yerli şöbələri birgə aparır.

Siz aşağıdakı şəkilə klikləməklə açılacaq müvafiq keçiddən universitetinizi seçib onun diplomunun Almaniyada tanınıb-tanınmadığı və ya  H +, H – statuslarından hansına sahib olduğunu öyrənə bilərsiniz. (Şəklin üstünə kliklə)

Şəklin üstünə kliklə
Şəklin üstünə kliklə