Fərhad Çağtürk / AzEuroNews.com Fransa hökumətinin hazırladığı “Sıfır əlavə xərc”  adlı tibbi islahata görə dişin müayinə, müalicə və düzəltdirilməsi 100 % dövlət siğorta şirkətləri tərəfindən ödənəcək. 

AzEuroNews.com xəbər verir ki, hökumətin hazırladığı qanun layihəsi 2020-ci ildə tətbiq edilməyə başlayacaq.

Qanunda təkcə əhalinin stomotoloji xidmətlərdən yararlanmaları nəzərdə tutulmayıb. 

Burada eynək və eynək çərçivlərinin siğorta tərəfindən tam qarşılanması da nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, hazırda Fransada əhalinin 43%-i siğorta vasitəsi ilə stomotoloji xidmətlərdən yararlana bilirlər.