Məşhur aparıcı Mehmet Əli Ərbil İstanbulun Maslak səmtindəki bir xəstəxanaya aparılıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə aparıcının qızı Sezin Ərbil məlumat verib. O, açıqlamasında bildirib ki, Mehmet Əli hamamda yıxılıb və vəziyyəti ağırdır.
Xəstəxanadan verilən məlumata görə sinə boşluğuna qan toplandığı üçün aparıcı əməliyyat edilib.

Müğənni Sinan Özən də Mehmet Əliyə baş çəkib. O, bildirib ki, aparıcının ciyərləri qanayıb və 5 gün sonra əməliyyat olunacaq. Bir çox məşhur aparıcıya dəymək üçün xəstəxanaya axın edib. Məlum olub ki, Mehmet Əli reanimasiya şöbəsinə yerləşdirilib. Bundan başqa yıxılan zaman bir neçə qabırğasının da sındığı deyilir.