Fərhad Çağtürk / AzEuroNews.com / Köln ►  Fransada keçən il törədilən və 3-ü türk olmaqla 6 nəfərin ölümünə səbəb olan yanğın bilərəkdən törədilib. AzEuroNews.com xəbər verir ki, Fransanın Mulhouse şəhərində baş verən hadisə ilə bağlı saxlanılan 

29 yaşındaki Aurelien Roellinger məhkəmədə hər şeyi etiraf edib. 

O bildirib ki, gecə saatlarında dostu ilə bərabər sərxoş halda binaya daxil olub. O binanın girişində uşaq arabalarından birini yandırıb. Ertunç ve Aksu ailələləri ilə eyni binada yaşadığı deyən A.Roellinger alovu daha da böyütmək üçün zibil qutularındakı qəzetləri də yığaraq ora atdığını bildirib. 

A.Roellingerə yaxın günlərdə hökm oxunacağı gözlənilir.

Foto © www.arti33.com