Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com
Symbol Foto © Farhad Chagtürk/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ►  Almaniyada “Manqal” adlı türk restoranına hücum olub.  AzEuroNews.com xəbər verir ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər Xemnits şəhərində yerləşən restoranın bağlı olduğu gecə saatlarında içəri giriblər. Onar özləri ilə gətirdikləri benzini restorana tökərək yandırıblar.

Şahidlər polisə verdiyi ifadələrdə bildiriblər ki, gecə partlayış səsinə oyanıblar. Daha sonra yanğını görüb polisə və yanğınsöndürənlərə xəbər veriblər. Bu əsnada 3 nəfərin restorandan çıxaraq avtomobilə minib ərazidən uzaqlaşdığını görüblər.

Restoran sahibi Ali Tulasoğlu isə bildirib ki,  24 ildir restoranının yerləşdiyi məhəllədə qalır, 2 ilə yaxındır ki, restoran işlədir : “İlk dəfədir ki, belə şeylə qarşılaşıram. Bir neçə həftə öncə bu məhəllədə yaşayan bir iranlı kimli məlum olmayan şəxslər tərəfindən ölümcül döyülüb. Restorana hücum edən şəxslər də onlar ola bilər”.